RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Putin: Ukrayna ətrafında baş verənlər Qərbin düşünülməmiş siyasəti ilə bağlıdır

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Qərbin düşünülmüş bu siyasəti dünya enerji sektorunda problemlərin əsas səbəbidir.
Sputnik
BAKI, 17 may — Sputnik. Avropa tamamilə siyasi səbəblərdən və ABŞ süzereninin təzyiqi altında neft və qaz bazarına getdikcə daha çox yeni sanksiyalar tətbiq edir. Bunu Rusiya Prezidenti Vladimir Putin neft sənayesinin inkişafına dair müşavirədə deyib.
Prezident bildirib ki, Qərbdəki siyasətçilər ənənəvi enerjinin əhəmiyyətini azaltmaqla insanların iqlimlə bağlı təbii narahatlıqları barədə spekulyasiya ediblər: "Əslində, Qərbin siyasətçi adlanan təbəqəsi planetdəki iqlim problemləri ilə bağlı insanların tamamilə təbii narahatlığı üzərindən spekulyasiyalar etməyə başlayıb. Aydındır ki, daxili siyasi səbəblərə görə onlar alternativ enerjinin imkanlarını həddən artıq qiymətləndirməyə və ənənəvi enerjinin, o cümlədən karbohidrogenlərin əhəmiyyətini azaltmağa başladılar".
Putin Qərbin düşünülmüş bu siyasətini dünya enerji sektorunda problemlərin əsas səbəbi adlandırıb.
Prezident bildirib ki, bu gün Ukrayna ətrafında baş verənlərin hamısı Qərbin siyasəti ilə bağlıdır: "Bu gün baş verən hər şey, o cümlədən Ukrayna ətrafında baş verənlər çox təəssüf ki, kollektiv Qərbin düşünülməmiş siyasəti ilə bağlıdır".
Putinin sözlərinə görə, bu ölkələr onilliklər ərzində öz təhlükəsizliyinin təmin edilməsi sahəsində Rusiyanın tamamilə qanuni narahatlıqlarına məhəl qoymadılar. Kiyev rəhbərliyindəki millətçi, neofaşist elementləri hər cür təşviq edirdilər, Ukraynanın cənub-şərqində yaranan problemlərə laqeyd yanaşdılar. Əslində isə Kiyev rejiminin səkkiz il əvvəl başlatdığı hərbi əməliyyatların davam etdirilməsinə töhfə veriblər.
Rusiya prezidenti əlavə edib ki, Qərb enerji inflyasiyası ilə bağlı vəziyyəti Rusiya ilə əlaqələndirməklə öz səhvlərini ört-basdır etməyə çalışır.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.