BAKI, 17 may — Sputnik. Rusiya hakimiyyəti dəyişmiş şəraitdə Rusiya enerji şirkətlərinin işləməsi üçün hər şeyi edəcək. Bu barədə Rusiya prezidenti Vladimir Putin neft sənayesinin inkişafı ilə bağlı müşavirədə bildirib.
"Hörmətli həmkarlar! Dövlət, əvvəllər olduğu kimi, şirkətlərin biznes modellərinin dəyişdirilməsinə şərait yaradılması üçün bizdən asılı olan hər şeyi edəcək - logistika imkanlarını təkmilləşdirəcək, milli valyutalarda ödənişlər sistemini təmin edəcək. Mən başa düşürəm ki, burada müəyyən məhdudiyyətlər var. Biz sizinlə dəfələrlə danışmışıq, lakin bunun üçün səy göstərməliyik", - deyə Putin bildirib.
O əlavə edib ki, hakimiyyət neft şirkətləri üçün kredit resurslarının və sığorta xidmətlərinin əlçatanlığını artıracaq, xammalın dərindən emalı və yerli texnologiyaların inkişafı, o cümlədən yataqların işlənməsi və istismarı ilə bağlı layihələri stimullaşdıracaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.