BAKI, 17 may — Sputnik. Rusiya çətinliklərin və gərginliyin öhdəsindən gəlmək üçün lazım olan hər şeyə malikdir. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Belə bir qaynar zamanda öhdəsindən gələ biləcəyikmi? Bəli. Cavab birmənalıdır - bəli. Bunun üçün hər şeyimiz var - bizim öz texnologiyalarımız var... idxalı əvəz edəcək çox şey var", - Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya televiziya və internet texnologiyalarını, özünün sosial şəbəkələrini inkişaf etdirməli olacaq: "Rusiyaya qarşı informasiya müharibəsinin intensivliyi misilsizdir, rusların yaşlı nəsilləri bunu heç vaxt görməyiblər".
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.