İQTİSADİYYAT

Mərkəzi Bank mənfəətdən zərərə keçib

Mərkəzi Bank 2021-ci ildə xarici valyuta əməliyyatları üzrə 935 min manat itirib
Sputnik
BAKI, 17 may — Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) ötən ili 162 milyon 746 min manat xalis zərər ilə başa vurub. Lakin qurum 2020-ci ili 52 milyon 485 min manat xalis mənfəət ilə bağlayıb.
Ötən il xalis zərərin səbəbləri faiz gəlirlərinin azalması, qiymətli kağızların yenidən qiymətləndirilməsi üzrə xalis zərər, qiymətli kağızların realizasiyası üzrə xarici zərər və valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə xalis zərərdir.
Mərkəzi Bankın cəmi aktivləri 2020-ci illə müqayisədə 2021-ci ildə 924 milyon 598 min manat və ya 3,6% artaraq 26 milyard 410 milyon 568 min manata çatıb.
AMB 2021-ci ildə xarici valyuta əməliyyatlarından zərər edib. Zərərin həcmi 935 min manat təşkil edib. Halbuki, qurum 2020-ci ildə bu əməliyyatlardan 1,9 milyon manat gəlir əldə etmişdi.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı 2021-ci ilin maliyyə hesabatını açıqlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Mərkəzi Bankın sədri özünə yeni müşavir təyin edib