RUSİYA

Lavrov: Qərb Kiyev və Moskva arasında danışıqları yubatmaq istəyir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, ukraynalılar danışıqlara rəhbərlik edir, ancaq onların manevr azadlığı Vaşinqton və London tərəfindən tənzimlənir.
Sputnik
BAKI, 17 may — Sputnik. Ukrayna Rusiya ilə müharibədə Qərb üçün alətdir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Ukrayna heç kimə lazım deyil. Ukrayna Rusiya ilə hibrid total müharibədə istifadə olunan materialdır. İndi heç kim buna şübhə etmir. Bu, açıq şəkildə bəyan edilib. Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell, açıq şəkildə bəyan etdi ki, bu müharibədə döyüş meydanında qələbə qazanmaq lazımdır. İngilislər, amerikalılar, prezidentlər, baş nazirlər və nazirlər bildirdilər ki, Rusiyanın qalib gəlməsinə imkan verməyə haqqımız yoxdur, Rusiyanı məğlub etmək lazımdır. Yəni, onlar Ukrayna ilə Rusiya arasında deyil, Qərblə Rusiya arasında müharibə elan ediblər. Ukrayna isə artıq dəyişib. Bilirsiniz, artıq ümumi bir ifadə var ki, Qərb son ukraynalıya qədər döyüşməyə hazırdır", - deyə nazir bildirib.
Sergey Lavrov deyib ki, Qərb Rusiyaya ziyan vurmaq və zəiflətmək ümidi ilə Kiyev və Moskva arasında danışıqları yubatmaq istəyir: “Müxtəlif kanallar vasitəsilə bizdə məlumat var ki, ukraynalılar danışıqlara rəhbərlik edir, ancaq onların manevr azadlığı Vaşinqton və London tərəfindən tənzimlənir. Onlar münaqişəni nə qədər uzatmaq istəyirlərsə, bir o qədər çox ziyan vuracaqlarını düşünürlər”.
Xarici işlər naziri əlavə edib ki, danışıqların Vaşinqton və ya London səviyyəsində aparılmasının nəyisə dəyişəcəyinə ümid yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.