BAKI, 17 may — Sputnik. İlan sancması ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilən üç yaşlı körpə uzun sürən müalicədən sonra sağalıb.
Bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat xidməti məlumat yayıb. Hadisə aprelin 28-də Ağdaş rayonunda, taxıl sahələrinin birində baş verib.
Bildirilib ki, üç yaşlı uşaq xəstəxanaya daxil olarkən kəskin halsızlıq, ödəm, hemodinamik göstəricilər və qanında bəzi dəyişikliklər təsbit olunub.
Həkimlər bildiriblər ki, 2019-cu il təvəllüdlü Emin Niftəliyev üçün artıq heç bir həyati təhlükə yoxdur.
Qeyd edək ki, üç yaşlı Emin Niftəliyevin bütün tibbi müayinə və müalicə xərcləri icbari tibbi sığorta ilə qarşılanıb. 19 günlük ciddi həkim nəzarəti və müalicədən sonra körpə artıq evə buraxılıb.