MƏDƏNİYYƏT

Xızıda orta əsrlərə aid olan qala qalıqları tapılıb - FOTO

Nuridə Allahyarovanın sözlərinə görə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Milli EA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna yeni tapıntı ilə bağlı müraciət edəcək.
Sputnik
BAKI, 16 may — Sputnik. Xızının dağlıq Dizəvər kəndi yaxınlığında dağın başında orta əsrlərə aid olan qala qalıqları tapılıb.
Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarovanın verdiyi xəbərə görə, qədim abidə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran regional idarəsinin mütəxəssisləri və "Artefakt ovçuları" vətəndaş təşəbbüs qrupu tərəfindən aşkarlanıb.
Tarixi məkanın 3 tərəfi müdafiə məqsədilə qurulan qala divarları ilə əhatə olunub.
Bundan əlavə, həmin qayalıqların alt hissəsi gözətçi məntəqəsi kimi xidmət edən mağaralardan ibarətdir. Tapıntı yerində müxtəlif rəngli saxsı nümunələrə də rast gəlinib. Abidənin dövlət qeydiyyatına alınması və mühafizəsinin təşkili üçün işlərə start verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.