Pandemiyanın başlamasından bəri ilk dəfə olaraq Şimali Koreya ölkədə koronavirusa yoluxma hallarının aşkar edildiyini bəyan edib. Şimali Koreya Mərkəzi Teleqraf Agentliyinin (ŞKMTA) məlumatına görə, aprelin sonundan etibarən ölkədə "mənşəyi məlum olmayan və hərarətlə müşaiyət edilən naməlum xəstəlik" yayılmağa başlayıb.
ŞKMTA-nın verdiyi xəbərə görə, ölkədə bazar günü 392 mindən çox yüksək hərarətli yeni xəstə qeydə alınıb, 8 nəfər dünyasını dəyişib. Ümumilıikdə isə, isə 1,2 milyondan çox insan naməlum xəstəliyə düçar olub, 50 nəfər dünyasını dəyişib.
Ölkədə tətbiq olunmuş "yüksək səviyyəli fövqəladə epidemiya əleyhinə systemin" işini yoxlamaq üçün mayın 14-də Kim Çen Inın sədrliyi ilə Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun iclası çağırılıb. Pandemiyanın başlanğıcından bəri ilk dəfə olaraq KXDR lideri ictimaiyyət qarşısına maskalı çıxıb.