RUSİYA

"Roskosmos" milliləşdirilmiş müəssisələri öz idarəetməsinə götürməyə hazırdır

Dmitri Roqozin bildirib ki, "Roskosmos" yaxın profilli müəssisələri idarə etməyə və yüksək keyfiyyəti olan yerli məhsulların istehsalını dərhal başlatmağa hazırdır.
Sputnik
BAKI, 16 may — Sputnik. "Roskosmos" oxşar profilə malik xarici müəssisələrin milliləşdirilməsi halında onları idarə etməyə hazırdır. Bu barədə bazar ertəsi "Roskosmos"un baş direktoru Dmitri Roqozin "Telegram" kanalında qeyd edib.
"Əgər qubernatorlar Moskva merindən nümunə götürsələr və Rusiyadan qaçmış əcnəbi maqnatların əmlakına qarşı qəti tədbirlər görməyə başlasalar, "Roskosmos" rəhbərliyimiz altında yaxın profilli müəssisələri idarə etməyə və yüksək keyfiyyəti olan yerli məhsulların istehsalını dərhal başlatmağa hazırdır", - deyə Roqozin bildirib.
Bundan başqa, o, Moskva meri Sergey Sobyaninin "Renault" zavodunun Moskvanın nəzarətinə keçəcəyi, həmçinin "Moskviç" brendi altında avtomobillərin istehsalının yenidən bərpa olunacağı barədə açıqlamasını şərh edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.