BAKI, 16 may — Sputnik. İran səfiri neft və qaz sənayesində əməkdaşlıq xəritəsinin Rusiyaya təhvil verildiyini açıqlayıb.
İranın Moskvadakı səfiri Kazem Cəlali RİA Novosti-yə müsahibəsində bildirib ki, İran və Rusiya Federasiyası neft-qaz sektorunda müsbət qərarlar əldə ediblər. Tehran Moskvaya bu sənayedə "əməkdaşlıq xəritəsini" təqdim edib.
Onun sözlərinə görə, İran prezidenti İbrahim Rəisinin rəhbərlik etdiyi hökumətin iş gündəliyinə Rusiya şirkətləri və Rusiya hökuməti ilə enerjinin müxtəlif sahələrində əməkdaşlıq sahələrinin ciddi şəkildə nəzərdən keçirilməsi daxildir.
"Tərəflər neft və qaz yataqlarının hasilatı, işlənməsi, emalı, neft emalı, neft kimyası, neft-qaz sənayesində strateji əhəmiyyət kəsb edən avadanlıq və texnologiyaların transferi sahəsində danışıqlar aparıblar. Nəticədə müsbət qərarlar qəbul ediblər", - deyə səfir bildirib.
"Hətta Rusiya ilə hərtərəfli və dolğun əməkdaşlıq xəritəsi tərtib edilib və bu xəritə Rusiya Federasiyasının rəsmilərinə təqdim edilib", - deyə Cəlali bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.