BAKI, 16 may - Sputnik. Rusiya prezidenti Vladimir Putin Kremldə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Bu barədə RİA Novosti xəbər yayıb.
Qeyd edək ki, Paşinyan Moskvaya KTMT-yə üzv ölkələrin liderlərinin sammitində iştirak etmək üçün gəlib.
Tərəflər Qarabağ problemini və iqtisadi məsələləri müzakirə ediblər. V.Putin iki ölkə arasında ticarətin intensivləşdiyini qeyd edib.
Bundan əvvəl Rusiya dövlət başçısı Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan liderləri ilə də ayrılıqda danışıb.
Xatırladaq ki, bazar ertəsi Moskvada KTMT-nin (Ermənistan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan) sammiti keçirilib. Qeyd edək ki, KTMT-yə bu il Ermənistan sədrlik edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.