TƏHSİL

Prezident Təhsil Nazirliyinə 5 milyon manat ayırdı

Prezident İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Sputnik
BAKI, 16 may — Sputnik. Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi məqsədilə Təhsil Nazirliyinə 5 milyon manat ayrılıb.
Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Maliyyə Nazirliyi bu Sərəncama uyğun olaraq maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.