DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Paşinyan Rusiyaya gedib

Ermənistan Baş naziri Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin liderlərinin toplantısında iştirak edəcək.
Sputnik
BAKI, 16 may — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri başlayıb.
Bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Ermənistanın hökumət başçısı Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin liderlərinin toplantısında iştirak edəcək.
Onun səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşünün olacağı gözlənilir.
Qeyd edək ki, KTMT-yə bu il Ermənistan sədrlik edir.
Xatırladaq ki, bu səfərdən öncə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla görüşündə Rusiya Prezidenti Vladimir Putinin bu ilin oktyabr-dekabr aylarında Ermənistanda dövlət səfərində ola biləciyini açıqlamışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.