NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft ucuzlaşır - Səbəb nədir?

Neft bazarlarında diqqətlər Avropa İttifaqı xarici işlər nazirlərinin toplantısına yönəlib.
Sputnik
BAKI, 16 may — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.
London birjasında "Brent" markalı neftin qiyməti 1,92 dollar azalaraq 109,63 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 1,55 dollar ucuzlaşaraq 108,94 dollar olub.
Ötən həftə Azərbaycan neftinin 1 barelinin orta qiyməti 112,86 dollar olub. Bu da ondan əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,19 dollar və ya 1,9% azdır.
Qeyd edək ki, dünyanın ən böyük neft idxalçısı olan Çində aşağı iqtisadi göstəricilərin açıqlanması neftin ucuzlaşmasına təsir göstərib.
Aprel ayında Çində koronavirusa yoluxmaların artması bir çox fabriklərin işini dayandırıb, sənaye istehsalı və pərakəndə satışda kəskin azalma müşahidə edilib.
Diqqətlər Brüsseldə
Neft bazarlarında diqqət Brüsseldə keçiriləcək Avropa İttifaqı xarici işlər nazirlərinin toplantısına yönəlib. İclasda Rusiyadan neft embarqosu ilə bağlı qərar müzakirə olunacaq.
Xatırladaq ki, Azərbaycan neftinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.