BAKI, 16 may — Sputnik. Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov özünə yeni müşavir təyin edib.
Bu vəzifəyə Fərhad Vəliyev gətirilib.
O, bu təyinata qədər "PAŞA Bank" ASC-də İdarəetmə Şöbəsinin müdiri olub.
Xatırladaq ki, aprelin 13-də Taleh Tahir oğlu Kazımov Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilib.
Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Qeyd edək ki, buna qədər Mərkəzi Bankın sədri Elman Rüstəmov olub.
Dünən Taleh Kazımov Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.