CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hacıbala Abutalıbovun məsləhətçisi Türkiyədə həbs edildi

Cəlal Bağırov Hacıbala Abutalıbovun rəhbər olduğu dövrlərdə Bakı Şəhər İcra Hakimiyyətində hüquqşünas-məsləhətçi vəzifəsində çalışıb.
Sputnik
BAKI, 16 may — Sputnik. Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs tutulub. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 312-ci (rüşvət vermə) maddələri ilə axtarışda olan Cəlal Bağırov Türkiyədə saxlanılıb. C.Bağırov Azərbaycana ekstradisiya edilərək istintaqa təhvil verilib. O, Bakı İstintaq Təcridxanasına köçürülüb.
Qeyd edək ki, Cəlal Bağırov Hacıbala Abutalıbovun rəhbər olduğu dövrlərdə Bakı Şəhər İcra Hakimiyyətində hüquqşünas-məsləhətçi vəzifəsində çalışıb.
Xatırladaq ki, Hacıbala Abutalıbov 2018-ci ilin aprel ayının 21-də prezident İlham Əliyev Baş Nazirin daha bir müavinini işdən çıxarıb.
Məlumat üçün bildirək ki, H. Abutalıbov 2001-ci ildə Bakı Şəhər İcra başçısı təyin olunmuşdu. 2018-ci ildə isə vəzifəsindən azad edilərək Baş Nazirin müavini təyin edilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.