HƏRBİ

Azad olunmuş ərazilərdə aşkarlanmış minaların sayı açıqlandı

ANAMA-dan verilən məlumata görə, piyada əleyhinə 183, tank əleyhinə 59 mina və 493 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Sputnik
BAKI, 16 may — Sputnik. Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.
ANAMA-dan verilən məlumata görə, mayın 9-dan 14-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 183, tank əleyhinə 59 mina və 493 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 399 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Aprelin 1-dən 30-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 341, tank əleyhinə 482 mina və 673 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Həftə ərzində 1701,5 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
2020-ci il noyabrın 10-dan bu il aprelin 30-dək isə piyada əleyhinə 11 min 9, tank əleyhinə 5444 mina və 15 min 20 ədəd partlamamış hərbi sursat aşkarlanıb.
Bu müddət ərzində 9568,1 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
Qarabağda yeni minatəmizləmə maşınlarından istifadə edilir
Qeyd edək ki, Qarabağın minalardan təmizlənməsi əməliyyatlarında Xorvatiyanın MV-10 və MV-4 mexaniki minatəmizləmə maşınları iştirak edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.