RUSİYA

Rusiyada bir gündə 120 meşə yanğını söndürülüb

Dövlət orqanlarının verdiyi məlumata görə, mayın 15-də gecə yarısına qədər ölkədə ümumilikdə 129 meşə yanğını aktivləşib.
Sputnik
BAKI, 15 may - Sputnik. Rusiyada meşə yanğınsöndürmə xidmətləri gündə 20 057 hektar sahədə 120 təbii yanğını söndürüb. Bu barədə RİA Novosti "Avialesooxrana"ya istinadən məlumat yayıb.
"Region meşə təsərrüfatı dispetçer xidmətlərinin məlumatına görə, 2022-ci il mayın 14-də son sutka ərzində Rusiyada 20 057 hektar sahədə 120 meşə yanğını söndürülüb", - mesajda deyilir.
Mayın 15-də gecə yarısına qədər Rusiya Federasiyasında 19657 hektar sahədə 129 meşə yanğını aktivləşib, onlar aktiv şəkildə söndürülüb.
Ən böyük yanma sahəsi Krasnoyarsk diyarında qeydə alınıb, 7983 hektar sahədə 36 yanğın var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.