RUSİYA

Putin neft sənayesindəki vəziyyətlə bağlı müşavirə keçirəcək

Gələn həftə Rusiya paytaxtında KTMT sammiti və quruma üzv ölkələrin başçılarınınbir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.
Sputnik
BAKI, 15 may - Sputnik. Rusiya prezidenti Vladimir Putin gələn həftə ölkənin neft sənayesindəki vəziyyətlə bağlı müşavirə keçirəcək. Bu barədə RİA Novosti xəbər yayıb.
"Bu həftə prezident iqtisadiyyatın müxtəlif sahələrində vəziyyətlə bağlı görüşlərini davam etdirəcək. Qarşıda neft sənayesi ilə bağlı yeni söhbət var", - deyə "Rossiya 1" telekanalında "Moskva. Kreml. Putin" verilişində bildirilib.
Məlumatda qeyd olunur ki, bazar ertəsi Vladimir Putin həmçinin KTMT ölkələrinin liderlərini qəbul edəcək.
O da qeyd olunur ki, Moskvada bu təşkilatın sammiti keçiriləcək, iştirakçı ölkələrin başçıları ilə bir sıra ikitərəfli görüşlər keçirəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.