SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Gələcəkdə İran malları Azərbaycan ərazisindən tranzitlə daşınacaq - Abbas Müsəvi

Səfir iki ölkə arasında ticarət dövriyyəsinin 1 milyard dollara çatacağına əminliyini ifadə edib.
Sputnik
BAKI, 15 may - Sputnik. Eyni regionda yerləşən İranla Azərbaycan nəqliyyat və tranzit sahəsində əməkdaşlıq əlaqələrinə malikdirlər. Bu sözləri yerli media orqanlarına müsahibəsində İranın Azərbaycandakı səfiri Abbas Müsəvi deyib.
Onun fikrincə, İran və Azərbaycanın böyük tranzit potensialı var:
"Bu potensialdan istifadə edib həm iki dövlət arasındakı ticarətin həcmini artırmaq, həm də tranzit daşımalardan gəlir əldə etmək mümkündür"
Səfir diqqətə çatdırıb ki, yaxın gələcəkdə İranda istehsal olunan mallar Azərbaycan ərazisindən tranzit olaraq daşınacaq və bu, hər iki ölkənin iqtisadi inkişafına daha böyük təkan verəcək.
Diplomat Azərbaycan ilə İran arasındakı ticarət dövriyyəsinin 1 milyard dollara çatacağına əmin olunduğunu bildirib.
Abbas Müsəvi onu da qeyd edib ki, yaxın günlərdə İran parlamentinin nümayəndə heyəti Azərbaycana səfər edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.