FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Şuşa bayram əhval-ruhiyyəsində: "Xarıbülbül" festivalının növbəti günü

Pakistan, Özbəkistan və Bolqarıstandan olan musiqiçilər beynəlxalq layihənin ikinci günü Qarabağda çıxış ediblər.
Sputnik
"Xarıbülbül" beynəlxalq folklor festivalının ikinci günü müxtəlif musiqi və rəqs qruplarının çıxışları ilə yadda qalıb.
Layihə Azərbaycan Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən təşkil olunub.
1 / 18

Mayın 13-də Şuşa şəhərində "Xarıbülbül" musiqi festivalının ikinci günü olub.

2 / 18

Cıdır düzündə quraşdırılmış əsas səhnədə Əməkdar artist Qoçaq Əgərov və tarzən Arslan Növrəsli çıxış ediblər.

3 / 18

Musiqiçilər folklorun pop və caz musiqisi ilə sintezini nümayiş etdiriblər.

4 / 18

Pakistanın "Colors of Pakistan" kollektivi.

5 / 18

Özbəkistanın "Baxor" dövlət ansamblı.

6 / 18

Azərbaycanın Mədəniyyət naziri Anar Kərimov və Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə.

7 / 18

Şuşa dalbadal ikinci gündür ki bayram əhval-ruhiyyəsindədir.

8 / 18

Musiqi sədaları Şuşa dağlarından bütün ətrafa yayılır.

9 / 18

Festivalın təşəbbüskarı və tamaşaçısı - Azərbaycanın Xalq artisti Polad Bülbüloğlu.

10 / 18

Festivalın kiçik səhnəsində pianoçu Etibar Əsədovun triosu, həmçinin Bolqarıstanın TRIGAIDA kollektivi çıxış ediblər.

11 / 18

Festivalın tamaşaçıları.

12 / 18

Pakistanın "Colors of Pakistan" kollektivi.

13 / 18

Şuşadakı festival mayın 14-də başa çatacaq.

14 / 18

Şuşa şəhərinin simvolu olan çiçəyin şərəfinə adlandırılmış ilk "Xarıbülbül" festivalı 1989-cu ilin mayında Cıdır düzündə keçirilib.

15 / 18

İlk festival görkəmli Azərbayca xanəndəsi Seyid Şuşinskinin 100 illiyinə həsr edilmişdi.

16 / 18

Artıq 1990-cı ildə festival beynəlxalq status alıb, lakin 1992-ci ildə Birinci Qarabağ müharibəsi və Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı səbəbindən təxirə salınıb.

17 / 18

2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdi.

18 / 18

Özbəkistanın "Baxor" dövlət ansamblı.

Festivalın ikinci günündə Mircavad Cəlilovun rəhbərlik etdiyi tanınmış "Cəngi" ansamblı bəzi dəyişikliklər etdiyi məşhur Azərbaycan kompozisiyalarını təqdim edib. Ansamblın ifasında ilk dəfə olaraq yeni "Qarabağın azadlığı" bəstəsi səslənib. Cəlalov onu "Qarabağ şikəstəsi"nin əsasında bəstələyib.
Konsertin yaddaqalan anlarından biri ansamblın ifasında Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti, festivalın təşəbbüskarı Polad Bülbüloğlunun repertuarından "Aman ayrılıq" mahnısının səsləndirilməsi olub. Çıxışdan sonra tamaşaçılar arasında olan diplomat kollektivə öz minnətdarlığını bildirib.