BAKI, 14 may - Sputnik. Mayın 14-də Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılışda iştirak ediblər.
Yeni hava limanına ilk dəfə göyərtələrində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin olduqları təyyarələr eniş edib.
Hər iki ölkənin dövlət başçılarının təyyarələri nəhəng su tağının altından keçib.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Rizə-Artvin hava limanının açılış mərasimində çıxış ediblər.
***
Azərbaycan Prezidentinin təyyarəsi Rize-Artvin hava limanına enib.
Azərbaycan liderini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər rəsmi şəxlsər qarşılayıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Rize-Artvin Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
***
Prezident İlham Əliyev Türkiyəyə rəsmi səfər edib.
Dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə Rize-Artvin hava limanının açılışında iştirak edəcək.
Rizə-Artvin Hava Limanı beynəlxalq giriş-çıxışlara açıq daimi hava sərhəd-keçid məntəqəsi kimi təyin olunub.
Bundan əvvəl Antalya Qazipaşa, Balıkəsir, Çanaqqala, Əskişəhər, Hatay, Kocaeli, Kütahya, Sivas, Şanlıurfa və Tekirdağ Çorlu hava limanları beynəlxalq giriş-çıxışlara açıq daimi hava sərhəd-keçid məntəqələri olaraq təyin edilmişdi.
Hava sərhəd-keçid məntəqələri ölkəyə daxil olacaq vətəndaş və əcnəbi sərnişinlərin daxil olub çıxa biləcəyi məntəqələr kimi təsvir olunur.
Ümumi sahəsi 2 milyon 800 min kvadratmetr olan Rizə-Artvin Hava Limanı Türkiyənin iqtisadiyyatına, o cümlədən turizm sahəsindəki yeni layihələrin həyata keçirilməsinə böyük töhfələr verəcək. İlkin hesablamalara görə, bu hava limanı hər il ən azı 3 milyon sərnişin qəbul edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.