AZƏRBAYCAN XƏBƏRLƏRİ

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət edib

Azərbaycan və Türkiyə liderləri Ermənistanla əlaqələrin normallaşdırılmasını müzakirə ediblər.
Sputnik
BAKI, 14 may - Sputnik. Azərbaycan və Türkiyə liderləri Ermənistanla əlaqələrin normallaşdırılmasını müzakirə ediblər.
“Report” xəbər verir ki, Prezidentin İlham Əliyev Türkiyənin Rize şəhərində Prezident Rəcəb Tayyib Ərdoğanla görüşündə zamanı postmünaqişə dövrü, Azərbaycan ilə Ermənistan və Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, mayın 14-də Türkiyənin Rize şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət edib.
Dəvət minnətdarlıqla qəbul olunub.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycan və Türkiyə prezidentləri Rize-Artvin Hava Limanının açılışda iştirak ediblər