DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan: "Türkiyənin imperializmə qarşı mübarizəsi Qarabağda özünü göstərdi"

Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimi baş tutub.
Sputnik
BAKI, 14 may - Sputnik. “Türkiyənin imperializmə qarşı mübarizəsi Qarabağda, Liviyada, Qabarda, Cudidə özünü göstərdi”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rizə şəhərində Rize-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı deyib.
“Türkiyənin demokratiya və inkişaf yolu 2 əsrlik bir uğur hekayəsidir. Bu, özündə imperealist güclərə qarşı mübarizəni ehtiva edir. Bunu Qarabağda, Liviyada, Qabarda, Cudidə terror təşkilatlarına qarşı mübarizə zamanı təsdiqlədik”, - o söyləyib.
Mayın 14-də Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılışda iştirak ediblər.
Yeni hava limanına ilk dəfə göyərtələrində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin olduqları təyyarələr eniş edib.
Hər iki ölkənin dövlət başçılarının təyyarələri nəhəng su tağının altından keçib.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Rizə-Artvin hava limanının açılış mərasimində çıxış ediblər.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycan və Türkiyə prezidentləri Rize-Artvin Hava Limanının açılışda iştirak ediblər