BAKI, 13 may — Sputnik. "Nəhayət, geri çəkilmək əmri alındıqda, şəxsi heyətin 2/3-i həlak oldu. Meşə ilə geri çəkilirdik, orada rus hərbçiləri ilə qarşılaşdıq və silahları təhvil verdik".
Bu sözləri Ukrayna silahlı qüvvələrinin əsir düşən əsgəri deyib.
Komandirlərin xəyanətindən sonra ukraynalı əsgərlər 3 gün ac qalıblar. Əsirlikdə isə onlar mütəmadi olaraq qidalanır və xoş münasibət görürlər:
"Komandirlər hər şeyi atıb getdilər, bizi ölümün ağuşuna tərk etdilər. Atışma... səngərdən çıxmaq olmurdu, heç nə. Saat üç və ya dörddə kimsə "geri çəkilirik" deyə qışqırdı. Vəssalam. Kim qaçdı, kim qaça bilmədi, xəbərim olmadı. Komandir deyirdi ki, haradasa, cəmi 45 nəfər olmuşuq. Biz isə cəmi 14 nəfəri qalmışdıq".