BAKI, 13 may — Sputnik. Artıq 20 Avropa şirkəti Rusiya qazını almaq üçün "Qazprombank"da hesablar açıb, daha 14 müştəri onların açılması üçün lazım olan sənədləri tələb edib. Bu barədə "Bloomberg" agentliyi vəziyyətlə tanış olan mənbəyə istinadən xəbər verir.
Eyni zamanda agentliyin mənbəyi sözügedən müştərilərin adlarını çəkməkdən imtina edib.
Yeni ödəniş sxemi
Prezident Vladimir Putin martın 23-də Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edən Aİ ölkələrinə və digər dövlətlərə qaz tədarükü üçün ödənişin rubla köçürüldüyünü bildirib. Sonra o, müvafiq fərman imzalayıb və deyib ki, əgər aprelin 1-dən etibarən dost olmayan ölkələr rublla ödəniş etməsələr, o zaman Rusiya bunu qaz müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməməsi kimi hesab edəcək.
Yeni sxemə əsasən, "Qazprombank" xarici alıcılara qaz ödənişləri üçün xüsusi valyuta və rubl hesabları açacaq. Alıcı "mavi yanacağın" tədarükü üçün müqavilədə göstərilən valyuta ilə vəsaiti birinci hesaba köçürə biləcək, bank onu Moskva birjasında satacaq, buradan rublları qaz alıcısının hesabına köçürüləcək və artıq bundan sonra qaz tədarükçüsü "Qazprom" ilə hesablaşacaq.
"Qazprom" bu sxemə keçməkdən imtina edən Bolqarıstan və Polşaya aprelin 27-də tədarükləri dayandırıb. Həmin gün "Bloomberg" agentliyi mənbələrə istinadən yazıb ki, Rusiya qazının 10 avropalı alıcısı "Qazprombank"da hesablar açıb, dördü isə artıq qazı rublla ödəyib.
Agentlik həmçinin aydınlaşdırıb ki, yeni avropalı istehlakçıların ləğv olunması ehtimalı mayın ikinci yarısında, növbəti ödənişlərin aparılmalı olduqda ehtimal olunur.
Qazın qiymətləri
"ICE Futures" məlumatlarına görə, Avropada qazın qiymətləri Londonun "ICE" birjasında ticarətin ilk dəqiqələrində min kubmetr üçün 1100 dolları ötüb və demək olar ki, 10% artıb.
Ticarət sessiyasının açılışında Avropanın ən böyük habı olan TTF indeksi üzrə qazın iyun fyuçerslərinin dəyəri 1085,8 dollar (çərşənbə gününün hesablaşma qiymətinə görə, +6,4% - 1020,7 dollar) təşkil edib. Daha sonra kotirovkalar artım tempini sürətləndirərək 1118,3 dollara (+9,6%) çatıb və 1100 dollardan yuxarı səviyyədə qalıb.
"Ukraynanın QNS operatoru"nun mayın 11-i səhər saatlarından etibarən "Sorxanovka" stansiyası vasitəsilə Avropaya qaz tranzitinin dayandırılacağı xəbərindən sonra kotirovkaların nəzərəçarpacaq dərəcədə artması müşahidə olunub.
Ukraynada hərbi əməliyyat başlayandan sonra Avropada qazın qiyməti kəskin surətdə artıb: əgər 23 fevralın yekunlarına əsasən yaxın fyuçerslərin təxmini qiyməti min kubmetr üçün 1038,6 dollar idisə, fevralın 24-də o demək olar ki, 50% artaraq 1555,5 dollara çatıb. Martın əvvəlində, Rusiya enerji resurslarının idxalına qadağa qoyulması ilə əlaqədar, kotirovkalar dörd gün ardıcıl olaraq tarixi maksimumlarını yeniləyib. Qiymət rekordu martın 7-də (fevralın 23-dək + 275%) 3892 dollara çatıb, günün nəticələrinə görə hesablama qiyməti isə 2560,7 dollar (+ 146,5%) təşkil edib.
Lakin sonra kotirovkalar sabit ucuzlaşmaya keçib, iki ay ərzində minimum hesablaşma qiyməti 25 aprel tarixində - min kubmetr üçün 1027,1 dollar (fevralın 23-dək -1,1%) müəyyən edilib.
Bundan sonra qaz fyuçersləri yenidən bahalaşaraq min kubmetr üçün 1370 dollara çatıb. Kotirovkaların yeni kəskin artımı "Qazprom"un Polşa və Bolqarıstana qazın pulunu rublla ödəməkdən imtina etmələri səbəbindən tədarükünü dayandırması ilə əlaqələndirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.