DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Gələn həftə Ay tutulacaq

Ay tutulmasını Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən görmək mümkün olacaq. Tutulma 1 saatdan artıq davam edəcək.
Sputnik
BAKI, 13 may — Sputnik. Mayın 16-da ilin ilk Ay tutulması hadisəsi baş verəcək. Tutulma saat 07:29-da başlayacaq, saat 08:53-də isə sona çatacaq. Tutulmanın maksimumu saat 08:11-də qeydə alınacaq.
Bu təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən görmək mümkün olacaq.
Qeyd edək ki, tutulma zamanı Ay üfüqdən aşağıda olacağı üçün tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.
Xatırladaq ki, ötən ilin noyabr ayında da Ay tutuması baş vermişdi. Bu, son 500 ilin ən uzun sürən Ay tutulması idi. NASA-nın məlumatlarına görə, tutulma altı saatdan çox davam etmişdi. Tutulma zamanı Ayın rəngi qırmızı-qəhvəyi çalarda olub. Yer atmosferi Ay üzərinə proyeksiya olunmuş qürub effekti yaradıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.