İQTİSADİYYAT

"Etilen-polietilen" zavodu gələn həftə öz işini bərpa edəcək

Zavodun direktoru Oqtay Niftəliyev jurnalistlərə açıqlamasında bildirib ki, NEZ öz fəaliyyətini bərpa etmədiyi halda da, zavodun kifayət qədər xammal ehtiyatı var ki, öz işini gələn həftənin birinci günü bərpa etsin.
Sputnik
BAKI, 13 may — Sputnik. Gələn həftə, martın 16-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azerkimya" İstehsalat Birliyinin "Etilen-polietilen" zavodu planlı təmir işləri üçün dayanmadan sonra öz işini bərpa edəcək.
Bu barədə zavodun direktoru Oqtay Niftəliyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, zavod öz fəaliyyətini planlı şəkildə bu ilin aprelin 4-də Heydər Əliyev adına Neft Emalı Zavodu (xammal tədarükçü müəssisə - red.) ilə birlikdə dayandırıb.
O.Niftyəliyev onu da əlavə edib ki, bu dayanmadan öncə zavod 1,5 il dayanmadan çalışıb.
O qeyd edib ki, NEZ öz fəaliyyətini bərpa etmədiyi halda da, zavodun kifayət qədər xammal ehtiyatı var ki, öz işini gələn həftənin birinci günü bərpa etsin.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
FOTO
Heydər Əliyev adına modernləşdirilmiş Neft Emalı Zavodu: yeni qurğular və "yaşıl məşəl"