SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

XİN Ceyhun Bayramovun Lavrovla görüşü barədə

Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlər üzrə inkişafı məsələləri müzakirə edilib.
Sputnik
BAKI, 12 may — Sputnik. Mayın 12-də Tacikistanın paytaxtı Düşənbə şəhərində MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov ilə görüşü baş tutub. Bu barədə Azərbaycan XİN-in mətbuat xidməti məlumat yayıb.
Nazirlər, iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlər üzrə inkişafı məsələlərini müzakirə ediblər.
Bölgədəki cari vəziyyət ətrafında fikir mübadiləsi aparan tərəflər, sülh və təhlükəsizliyin təmin olunması üçün imzalanmış üçtərəfli bəyanatların tam icrasının vacibliyini bir daha vurğulayıblar. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində addımların atılmasının əhəmiyyəti qeyd edilib.
Tərəflər, həmçinin regional və beynəlxalq təhlükəsizlik gündəliyinə daxil olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RUSİYA
Sergey Lavrov Ceyhun Bayramovla görüşün detallarını açıqladı