RUSİYA

Romada rus mədəniyyətinə münasibətdə ayrı-seçkiliyə qarşı mitinq keçirilib

Romada mərkəzi meydana toplaşan onlarla insan rusofobiya və rus mədəniyyətinin hər hansı formada pozulmasına etirazlarını bildiriblər.
Sputnik
BAKI, 12 may — Sputnik. Romanın dey-Santi-Apostoli meydanında ayrı-seçkiliyə və rus mədəniyyətinin "ləğv edilməsinə" qarşı mitinq keçirilib. Onlarla insan Trevi fəvvarəsi ilə Venesiyanın mərkəzi meydanı arasındakı kiçik məkanda toplaşaraq rus mədəniyyətinin hər hansı formada pozulmasına etirazlarını və rusofobiya ilə razılaşmadıqlarını bildiriblər.
Aksiya 2014-cü ildən İtaliya və Rusiya arasında mədəni əlaqələri inkişaf etdirən və möhkəmləndirən "Böyük Rusiyanın dostları" assosiasiyası tərəfindən təşkil olunub.
"İtaliyada mədəniyyətimizlə nə baş verdiyini görürük, Milanda Dostoyevski kursunun, Neapolda Çaykovskinin baletinin ləğvini izlədik. Çoxlu nümunələr var idi və dünyanın bir parçası olan mədəniyyətimizı sıxışdırmağa başladılar. Mədəniyyətin dəri rəngi, dili, sərhədləri yoxdur, o, bütün dünyaya aiddir", - deyə aksiyanın təşkilatçılarından biri olan Yuliya Bazarova RİA Novosti-yə bildirib.
Bundan əvvəl assosiasiya mitinqə siyasi rəng verməmək üçün Rusiya bayraqlarının meydana gətirilməməsini xahiş etmişdi. Təşkilatçıların fikrincə, aksiyada iştirak fundamental bilik hüququnun əhəmiyyətini nümayiş etdirməyə xidmət edir.
Bazarovanın sözlərinə görə, "Böyük Rusiyanın dostları" artıq mart ayındakı tədbiri və oktyabra planlaşdırılan Puşkin mükafatının təqdimatını ləğv edəndə mitinqə ehtiyac yarandı. Tədbirdə mədəniyyət birliklərinin və ixtisaslaşmış təşkilatların üzvləri, yaradıcı peşələrin nümayəndələri və rusiyalı həmvətənlər iştirak ediblər.
Hüquqşünas Leo Mariya Qalati jurnalistlərə açıqlamasında deyib: "Rusiya və İtaliya mədəniyyətlərinin böyük ümumiliyi var. Biz müşahidə etdik ki, mədəniyyət, xüsusən də rus mədəniyyəti bu tarixi məqamda tariximizə və adət-ənənələrimizə hörmət edilmədən son dərəcə ideoloji şəkildə ayrı-seçkiliyə məruz qalır".
"Bu, böyük səhvdir, çünki mədəniyyət insanlar hər bir xalqın həssas xüsusiyyətlərini başa düşdüyü zaman birləşməyə kömək edir, sonra yıxılması çətin olacaq ideoloji divarlar deyil, körpülər yaradır, " – deyə Qalati fikrini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.