BAKI, 12 may — Sputnik. Rusiya Prezidenti Vladimir Putin bu ilin oktyabr-dekabr aylarında Ermənistanda dövlət səfərində ola bilər. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla görüşündə deyib.
"Gündəliyimizə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dövlət səfərinin təşkili məsələsi daxildir. Belə bir anlayış var ki, bu, ilin ikinci yarısında - oktyabrdan dekabr ayına kimi baş verəcək. Təbii ki, biz tarixlər barədə razılığa gələcəyik", - Ermənistan XİN rəhbəri bildirib.
Xatırladaq ki, Tacikistanın paytaxtı Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.