Mirzoyan delimitasiya ilə bağlı keçiriləcək görüşün tarixini açıqladı

Ermənistan XİN rəhbəri Ararat Mirzoyan bildirib ki, bu barədə Rusiya Baş nazirinin müavini Overçukla da razılaşma var.
Sputnik
BAKI, 12 may — Sputnik. Gələn həftə Moskvada Ermənistan və Azərbaycanın sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyalarının iclasının keçirilməsi planlaşdırılır. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
"Bildirmək istərdim ki, biz azərbaycanlı həmkarlarımızla sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyaların yaradılması məsələsi ilə bağlı danışdıq. Bu barədə Rusiya Baş nazirinin müavini Overçukla da razılaşma var. Mayın 16-17-də Moskvada kommunikasiyalar üzrə görüş keçiriləcək", - Mirzoyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə deyib.
Delimitasiya və sərhəd təhlükəsizliyinə dair ikitərəfli görüşün eyni yerdə, eyni gündə Moskvada təşkil olunması barədə də razılıq var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.