AZƏRBAYCAN XƏBƏRLƏRİ

Balıq unu, heyvan yemləri və ətirli qarışıqlar gömrük rüsumundan azad edilib

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişiklik edib.
Sputnik
BAKI, 12 may - Sputnik. Balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su onurğasızlarından narın və qaba üyüdülmüş un və qranullar 5 faiz idxal gömrük rüsumundan azad olunub.
Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişiklik edib.
İndiyə qədər salatlıq və ya yarpaqlı çuğundurun toxumları (Beta vulgaris var. conditiva) idxal gömrük rüsumundan azad olub. Qərara əsasən, digər salatlıq və ya yarpaqlı çuğundurun toxumları da 5 faiz idxal gömrük rüsumundan azad edilib.NK-nın qərarı ilə Azərbaycana idxal edilən heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar da 15 faiz gömrük rüsumundan azad edilib.

Qərara əsasən, heyvanların yemlənməsi üçün həll olunan balıq məhsulları və ya digər dəniz məməli heyvanlarından məhsullar, tərkibində süd məhsulları olmayan və ya bu məhsullar 10 kütlə %-dən az olan, tərkibində süd məhsulları 50 kütlə %-dən az olmayan, lakin 75 kütlə %-dən az olan, tərkibində süd məhsulları 75 kütlə %-dən az olmayan, tərkibində süd məhsulları olmayan və ya bu məhsullar 10 kütlə %-dən az olan, tərkibində süd məhsulları 10 kütlə %-dən az olmayan, lakin 50 kütlə %-dən az olan, tərkibində süd məhsulları 50 kütlə %-dən az olmayan, tərkibində süd məhsulları olmayan və ya bu məhsullar 10 kütlə %-dən az olan, tərkibində süd məhsulları 10 kütlə %-dən az olmayan, lakin 50 kütlə %-dən az olan, tərkibində süd məhsulları 50 kütlə %-dən az olmayan, tərkibində nişasta, qlükoza, qlükoza siropu, maltodekstrin və ya maltodekstrin siropu olmayan, lakin süd məhsulları olan məhsullar, o cümlədən melassa əlavəsi ilə çuğundur cecəsi idxal gömrük rüsumundan azad olunub.
Sözügedən qərarla qida məhsullarının sənaye istehsalı üçün istifadə edilən ətirli maddələrin qarışıqları və sənaye xammalı kimi istifadə edilən bir və ya daha çox belə maddələr əsasında qarışıqlar da 15 faiz gömrük rüsumundan azad olunub.

Digər lipoproteinlipaza, aspergillus qələvi proteazası da idxal gömrük rüsumundan azad olunub.
Qərara əsasən, ölkə ərazisinə idxal olunan maya kulturaları, çörəkçilik mayaları, hazır çörəkçilik tozları gömrük rüsumundan azad edilib.
NK-nın sözügedən qərarı 2022-ci il dekabrın 31-dək qüvvədədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İQTİSADİYYAT
Xəmir mayaları gömrük rüsumundan azad edildi