BAKI, 12 may — Sputnik, David Narmaniya. ABŞ Senatının Ədliyyə Komitəsi NOPEC qanun layihəsini təsdiqləyib. Bu abbreviaturanın neft ixrac edən ölkələrə qarşı yönəldiyini (No OPEC) təklif edənlər hər şeyi düzgün başa düşüblər: sənəd ABŞ Ədliyyə Departamentinə antiinhisar qanunlarının pozulmasına görə OPEC üzvlərini məhkəməyə verməyə imkan verəcək.
Rusiyada neftin bir barelinin 100 dollardan baha başa gəldiyi 2000-ci illəri həsrətlə xatırlamağı xoşlayırlar, amma unudurlar ki, yarım əsr əvvəl o, cəmi üç dollara başa gəlirdi. Odur ki, "əlində olanın qədrini bil" mənəvi çağırışı naminə deyil, Baydenin o vaxt - hələ yəqin ki, kifayət qədər gənc olduğu üçün, atladığı dərslər naminə qısa bir tarixi ekskursiyadan başlayaq.
1973-cü ilin oktyabrında ərəb dövlətləri ilə İsrail arasında müharibə başladı. Bu, cəmi 17 gün davam etdi, lakin Yaxın Şərqdəki neft ixrac edən ölkələr Tel-Əvivi dəstəkləyən heç kimə - ABŞ, Böyük Britaniya, Kanada və bir çox başqalarına yanacaq satmayacaqlarını elan etdikdə onun nəticələri bütün dünyaya təsir etdi. Bu embarqo yalnız 1974-cü ilin mart ayına qədər davam etdi, lakin o, təkcə yuxarıda adları çəkilən dövlətlər üçün deyil, həm də bütün dünyanı dəyişdirərək böyük problemlər yaratdı, neftə əbədi olaraq xüsusi rol verərək onun qiymətini dəyişdirdi: bir il ərzində qiymət dörd dəfə artdı və bir barel üçün 12 dollara çatdı.
Təbii ki, indi yanacağın qiymətinin dördqat sıçrayacağı ilə bağlı gözləntilər sadəlövhcəsinə görünür, lakin əlli il əvvəl də hadisələrin necə inkişaf edəcəyini heç kim proqnozlaşdıra bilməzdi. Ayrı-ayrı detallar və təsadüflər isə tarixi komediya janrının böhranı kimi görünür.
1973-cü ilin noyabrında ABŞ prezidenti Riçard Nikson Konqresə göndərdiyi mesajda deyirdi: "Yaxın gələcəkdə biz daha az enerji (istilik, elektrik, benzin) istifadə etmək məcburiyyətində qalacağıq, uzunmüddətli perspektivdə isə başqa dövlətlərdən asılı olmadan ehtiyaclarımızı ödəməyə imkan verəcək yeni enerji mənbələrini inkişaf etdirməli olacağıq. Eyni çıxışında o, amerikalıları avtomobillərdən daha az istifadə etməyə və ya daha az benzin istifadə etmək üçün heç olmasa yavaş sürməyə çağırmışdı.
Qırx doqquz il sonra Co Bayden öz çağırışını çox oxşar şəkildə təkrarlayır və amerikalıları elektrik avtomobillərinə keçməyə çağırır, avropalı həmkarları isə həmvətənlərinə duş qəbulu və şəxsi gigiyena kimi daha çox tanış və zəruri şeylərə qənaət etməyi tövsiyə edir. Amma sənəd hələ imzalanmayıb, Vaşinqton və Brüssel isə Ukraynada keçirilən xüsusi əməliyyata görə antirusiya sanksiyalarının nəticələrini həll etməyə davam edir.
1973-cü il neft embarqosu bənzətməsi niyə ağlıma gəlir? Ona görə ki, bu cür üsullarla yanacağın qiymətini aşağı salmaq üçün mübarizə aparan Bayden əks nəticə əldə etmək riskini daşıyır.
Əslində, NOPEC təşəbbüsünün özü yeni deyil - ABŞ-da onu iyirmi ildir ki, həyata keçirməyə çalışırlar. Bu əziz məqsədə ən çox yaxınlaşdıqları 2007-ci ildə sənəd Konqresin iki palatasından keçirilsə də,o vaxt prezident olan Corc Buş ona veto qoymuşdu.
Amerika məhkəmələrinin ABŞ Ədliyyə Departamentinin qərarı ilə digər ölkələri necə mühakimə edəcəyi hələ də bəlli deyil. Mümkün sanksiyalar qeyri-müəyyən olaraq qalır. Bunlardan bəlkə də ən kəskini Rusiyanın son dövrlərdə üzləşdiyi aktivlərin dondurulması ola bilər.
Lakin belə bir addım çətin ki, hər hansı OPEC+ üzvü üçün sürpriz olsun. Bütün dünya təşkilatın kartel mahiyyətini yaxşı bilir, ona görə də Vaşinqtonun neft ixracatçılarının kapitalizmin inkişafına mane olması barədə təmtəraqlı qışqırıqları sizi yalnız öz yersizliyi ilə təəccübləndirə bilər: guya, onlar öz aralarında razılığa gəlirlər, çünki neft bazarı onların əlindədir və 70, 80 və hətta 100-ə sata bildikləri halda barreli 20 dollara satmaq istəmirlər.
ABŞ OPEC+ sazişinə daxil olmayan yeganə böyük neft istehsalçısıdır. Eyni zamanda, şist inqilabından sonra Amerika istehsal həcminə görə, tədricən, birinci yerə çıxdı, lakin ixracatçıların reytinqində Səudiyyə Ərəbistanından altı dəfədən çox və Rusiyadan demək olar ki, beş dəfə geridə olmaqla, o, yalnız və yalnız 12-ci pilləni tutur. Məsələ burasındadır ki, şist yanacağının qiyməti adi neftdən xeyli bahadır. Buna görə də, Amerikanın iri neft şirkətləri qanunun mümkün qəbulu ilə bağlı həvəsli deyillər - Bayden administrasiyası bu addımla özünü çuqçvanqa aparacaq: qara qızılın qiymətinin artması növbəti qlobal enerji böhranına səbəb ola bilər, onun maya dəyərinin aşağı salınması isə yerli istehsalçılara zərər verər. Şist hasilatını şiddətlə tənqid edən ekofəalların yürüşlərinin enerjisi ilə isə, çox da uzaqlara getmək mümkün deyil. Görünür ki, Ağ Ev bu fikri praktikada sınaqdan keçirmək istəyir.
Aydındır ki, qanun qəbul olunarsa, Səudiyyə Ərəbistanını bu layihənin ilk qurbanlarından biri olmaq təhlükəsi gözləyir. Ər-Riyad da bunu başa düşür, ona görə də 2019-cu ildə analoji sənəd müzakirə olunanda bildiriblər ki, sənəd qəbul olunarsa, neft müqavilələrində dollardan istifadədən imtina etməyə hazırdırlar. Bu baxımdan, mart ayında mediada Çin və Səudiyyə Ərəbistanının yanacağın yuanla ödənilməsi imkanlarını müzakirə etdiyinə dair xəbərlər indi tamamilə yeni rənglərlə oynayır.
Eyni zamanda, Yaxın Şərq - qlobal Qərb xətt üzrə parçalanma getdikcə daha aydın şəkildə üzə çıxır. Yəməndəki münaqişə və Camal Qaşıqçının qətli ilə bağlı qalmaqal fonunda ABŞ siyasəti Co Bayden və Səudiyyə Ərəbistanının faktiki lideri Məhəmməd bin Salman arasında əlaqəni mümkünsüz edib. Öz payızının noyabrını yaşayan Amerika siyasətinin patriarxı, heç olmasa, sosial ədalət mübarizlərinin qarşısında parlaq olan hər şeyin müdafiəçisi obrazından əl çəkməyə həvəsli deyil. Gənc və iddialı Yaxın Şərq şahzadəsi anlayır ki, onun hakimiyyəti dövründə qlobal dəyişikliklər baş verəcək. Belə bir vəziyyətdə böyük qarşıdurmadan qalib çıxacaqların düşərgəsində olmaq çox vacibdir.
Bu baxımdan, The Telegraph-da Səudiyyə Ərəbistanının Рutin's poodle kimi xatırlandığı simptomatik məqalə maraq doğurur. Əksər hallarda bunu "Putinin nökəri" kimi tərcümə etmək olardı, lakin görünür, ərəb ölkəsinə münasibətdə "Putinin pudeli"nin mümkün tərcüməsi ilə sözlər üzərində oynamaq təsadüfi deyil: islamda it heç də ən hörmətli heyvan deyil.
Belə xırda cəfəngiyat başa düşüləndir. Səudiyyə Ərəbistanının dollarla hesablaşmalardan uzaqlaşması perspektivi, Kremlin qazın pulunu rublla ödəməyə dair artıq qəbul edilmiş qərarı ilə birlikdə eyni dəyirmanın üzərinə su tökür: dolları ehtiyat valyuta statusundan məhrum edir. Bu addım ABŞ-ın sanksiya alətlərini əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq və (bu, Vaşinqton üçün daha ağrılıdır) onu bütün dünyanın ödədiyi banal emissiya ilə daxili iqtisadi problemlərini həll etmək imkanından məhrum edəcək. Üstəlik, yeni maddi reallıqları qəbul etməyə tələsməyənlər Amerika iqtisadiyyatının əzəmətinin dağıntıları altında qalmaq riski ilə üzləşirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.