FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

ABŞ-da meşə yanğınları: Kaliforniyada milyonçuların malikanələri yanır

Laquna-Nigel şəhərindəki yanğınlar, təxminən, 200 akr ərazini əhatə edib. Sahildən gələn yanğın çox sürətlə yayılır və onunla mübarizə aparmaq çox çətindir.
Sputnik
Cənubi Kaliforniyada yanğınsöndürənlər öz yolundakı hər şeyi məhv edən alovun qarşısını almaq üçün mübarizə aparırlar.
ABŞ mətbuatının yanğınsöndürənlərə istinadən verdiyi məlumata görə, ABŞ-ın Kaliforniya ştatının Laquna-Nigel şəhərində baş verən yanğın nəticəsində əz az 20 ev yanıb.
Çərşənbə günü Laquna-Nigel və Laquna-Biç şəhərləri arasında, su təmizləyici qurğunun yaxınlığında yanğın baş verib. Bir sıra ərazilərdə evakuasiya elan edilib. Qurbanlar barədə hələlik məlumat daxil olmayıb.
Kaliforniyanın Orinc yanğınsöndürmə idarəsinin rəisi Brayan Fennessi bildirib ki, evlər, otlar və ağaclar arasında yanan közləri ətrafa səpələyən güclü küləklər səbəbindən yanğınla mübarizə aparmaq çətindir.
1 / 9

Los-Ancelesin cənubunda, Kaliforniya ştatının Laquna-Hillz bölgəsində, bir neçə kvartal aralıda Sakit okean küləklərinin yaratdığı və sürətlə yayılan meşə yanğını yayılır.

2 / 9

Hazırda Sahil Yanğını adlandırılan meşə yanğını, təxminən, 200 akr əraziyə yayılıb və 20 bahalı evi yandırıb.

3 / 9

Orinc yanğınsöndürmə idarəsinin rəisi Brayan Fennessi, "Biz yanğının əvvəllər görünməmiş bir sürətlə yayıldığının şahidi oluruq" deyə bildirib.

4 / 9

Sahildən gələn yanğın çox sürətlə quru bitki örtüyünə yayıldı və dəbdəbəli evlərə qalxdı.

5 / 9

Coronado-Puentdə 10 milyon dollarlıq malikanə yanıb.

6 / 9

Səlahiyyətlilərin sözlərinə görə, iyirmi beş nəfər yaşlı insan, iki uşaq və beş ev heyvanı yerli Qırmızı Xaç mərkəzinə sığınıblar.

7 / 9

Laquna Nigueldəki yanğın barədə xəbər ilk dəfə çərşənbə günü saat 14:45 radələrində yayılıb və o, axşam saat 18:00-də, təxminən, 200 akr ərazini əhatə edib.

8 / 9

Təxminən, 64000 əhalisi olan Laquna Niguel şəhərinin bəzi hissələri üçün məcburi təxliyə əmrləri verilib.

9 / 9

Ştatın dövlət rəsmilərinin bildirdiyinə görə, bu il Kaliforniyada müşahidə tarixi boyu rekord qeydə alınaraq ən quraqlıq hava şəraitində keçən yanvar, fevral və mart ayları yaşanıb.