AZƏRBAYCAN XƏBƏRLƏRİ

Ruhi dünyaca məşhur jurnalın üz qabığını bəzəyib - FOTO

Azərbaycanın dəb ikonası bildirib ki, ağıl insana verilən ən gözəl nemətlərdəndir.
Sputnik
BAKI, 10 may — Sputnik. "Liatris Holding"in rəhbəri Ruhi Əliyeva məşhur Ərəbistan "HP Magazine" dərgisinin üz qabığında yer alıb. Tanınmış sima bu barədə özünün sosial media hesabında məlumat verib.
Dəb dərgisinin may buraxılışında müsahibə verən iş xanımı bildirib ki, kimsəsiz insanlar üçün sığınacaq açmaq istəyir və arzusunu bir gün həyata keçirəcək. "Ən böyük gücüm ağlımdır" başlıqlı müsahibədə diqqət çəkən məqam R.Əliyevanın Azərbaycanın dəb ikonası kimi göstərilməsidir.
Eyni zamanda, dərgidə Əliyevanın özəl fotoları dərc edilib.
Məlumat üçün bildirək ki, 2000-ci ilin əvvəllərində müğənni kimi fəaliyyət göstərən Ruhi səhnə fəaliyyətinə son qoyub. "Dəb İkonası" təxəllüsü ilə tanınan Ruhi Əliyeva 2008-ci ildə dünyaca məşhur "Best Model of the World" yarışmasının Azərbaycan üzrə təsisçisi olub. Layihənin qalibini şəxsən özü mükafatlandırıb. Dəb aləmi ilə geniş maraqlanan R.Əliyeva bir neçə televiziya layihəsini də həyata keçirib. "Qrand", "Uğur Zirvəsi" kimi saysız-hesabsız mükafatların sahibidir.
* Meta məhsullarının fəaliyyəti ekstremist kimi tanınıb və Moskvanın Tver Məhkəməsinin 21.03.2022-ci il tarixli qərarı ilə Rusiyada qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.