RUSİYA

"Qazprom" Soxranovkadan qazın tranzitinə heç bir maneə görmür

Ukraynanın QNS operatoru qazın stansiya vasitəsilə bundan sonrakı nəqlini qeyri-mümkün edən “fors-major halların” baş verdiyini açıqlayıb.
Sputnik
BAKI, 10 may - Sputnik. “Qazprom” Ukraynanın Qaz Nəqliyyat Sistemi (QNS) operatorundan mayın 11-dən ehtimal olunan fors-major vəziyyətə görə Soxranovka qaz ölçü stansiyası (QÖS) vasitəsilə tranzitin dayandırılması barədə bildiriş aldığını təsdiqlədi, lakin şirkət bunu təsdiqləmir və əvvəlki rejimdə iş üçün heç bir maneə görmür. Bunu barədə “Qazprom”un rəsmi nümayəndəsi Sergey Kupriyanov deyib.
“Qazprom” bu gün Ukraynanın Qaz Nəqliyyat Sistemi Operatorundan rəsmi bildiriş aldı ki, Ukrayna tərəfi fors-major şəraitə istinad edərək, mayın 11-i saat 7:00-dan etibarən Ukraynanın Soxranovka QÖS-i vasitəsilə tranzit üçün qaz qəbulunu dayandırır, nəqldən imtina olunacaq, qaz qəbulu həyata keçirilməyəcək. Ukrayna QNS operatoru bütün tranzit həcmlərini Sudja GIS-ə köçürməyi təklif edir", - deyə Kupriyanov bildirib.
“Bununla əlaqədar olaraq, “Qazprom” bəyan edir ki, o, fors-major hallar barədə heç bir təsdiq almamışdır, əvvəlki rejimdə işi davam etdirmək üçün heç bir maneə görmür, ukraynalı mütəxəssislər bütün bu müddət ərzində Sohranovka QÖS və Novopskov üzərindən rahat işləyiblər və bunu davam etdiririk, Soxranovka vasitəsilə tranzit tam təmin edilib, qarşı tərəflərdən heç bir şikayət olmayıb və yoxdur," - deyə o əlavə edib.
Kupriyanov onu da bildirib ki, qaz həcmlərinin Sudja qazölçmə stansiyasına ötürülməsi texnoloji cəhətdən qeyri-mümkündür, həcmlərin bölüşdürülməsi əməkdaşlıq müqaviləsində göstərilib, Ukrayna tərəfi bundan xəbərdardır.
“Rusiyanın axın sxeminə uyğun olaraq tədarük həcminin Sudja QÖS-ə ötürülməsi texnoloji cəhətdən mümkün deyil, həcmlərin bölüşdürülməsi 30 dekabr 2019-cu il tarixli əməkdaşlıq müqaviləsində aydın şəkildə göstərilib və Ukrayna tərəfinə bu yaxşı məlumdur”, - deyə çirkət rəsmisi qurumun Telegram kanalında məlumat verib.
Qeyd edək ki, çərşənbə axşamı Ukraynanın QNS operatoru Soxranovka stansiyası vasitəsilə Avropaya qaz tranzitinin mayın 11-i, çərşənbə günü saat 7:00-dan dayandırılacağını elan edib.
Şirkət Rusiyanın nəzarəti altında olan sözügedən stansiya və Novopskov kompressor stansiyası vasitəsilə qazın sonrakı nəqlini mümkünsüz edən “fors-major halların” baş verdiyini bəyan edib.
Məlumatda qeyd olunub ki, Rusiyadan Avropaya qaz tranzitinin demək olar ki, üçdə biri (gündə 32,6 milyon kubmetrə qədər) Novopskovdan keçir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.