BAKI, 10 may — Sputnik. Minsk Rusiyanın Ukraynadakı hərbi xüsusi əməliyyatının təcrübəsini nəzərə alaraq öz ordusunu silahlanma prinsiplərinə yenidən nəzər yetirib. Bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko çərşənbə axşamı Minskdə dövlət müdafiə sifarişi məsələlərinin müzakirə edildiyi iclasda qeyd edib.
"Açığını deyim ki, o zaman biz öz ordumuzu və onun silahlanmasını fərqli görürdük. Açıq deyim ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatı bizə çox şey öyrətdi", - deyə Lukaşenko vurğulayıb.
Prezident vurğulayıb ki, Belarus Ukraynada Rusiyanın hərbi xüsusi əməliyyatının keçirilməsi təcrübəsi əsasında öz qoşunlarını inkişaf etdirmək və təchiz etmək baxımından dərslər alır. Dövlət başçısı qeyd edib ki, bu yaxınlarda Müdafiə Nazirliyində strateji idarəetmə mərkəzində müvafiq məsələ artıq müzakirə olunub.
Lukaşenko müdafiə nazirinə Belarus qoşunlarının təchiz edilməsi və daha da inkişaf etdirilməsi baxımından dərslər çıxarılmasını tapşırdığını bildirib.
"Mən ondan daim tələb edirdim: "Ətrafa baxın, müşahidə edin, nəticə çıxarın" – deyə prezident vurğulayıb.
Prezidentin sözlərinə görə, ona hərbi məmurların müvafiq nəticələr çıxardığı barədə məlumat verilib.
"Mənə məlumat verilib ki, bundan dərs götürülüb. Və mən bugünkü mövqedən yanaşmalar dəyişibmi? sualını verəndə, cavab olaraq – "bəli, dəyişilib" cavabını verirlər. Başqa cür ola da bilməzdi. Ona görə də biz cari il üçün dövlət müdafiə sifarişimizə bu baxımdan baxmalıyıq" - deyə prezident deyib.
Belarus prezidentinin saytı xəbər verir ki, Aleksandr Lukaşenko Rusiya ilə Minskə raket istehsalı sahəsində, o cümlədən "İsgəndər" nümunəsi ilə bağlı yardım haqqında sazişlər imzalandığını açıqlayıb.
Prezident Aleksandr Lukaşenko qeyd edib ki, müvafiq razılaşmalar yüksək səviyyədə əldə olunub.
Xatırladaq ki, Rusiya cari ilin fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, RF Silahlı Qüvvələri yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir və martın 25-nə olan məlumata görə, onlar birinci mərhələnin əsas tapşırıqlarını yerinə yetiriblər - Ukraynanın döyüş potensialını xeyli azaldıblar.
Rusiya MN xüsusi əməliyyatın əsas məqsədinin Donbasın azad edilməsi olduğunu bəyan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.