BAKI, 10 may — Sputnik. Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Rusiya və Ukraynanın Ankaranın Bosfor boğazı ilə bağlı tələbini yerinə yetirdiklərini, döyüş gəmiləri tərəfindən boğazdan keçid olmadığını bildirib. Bu barədə RİA Novosti xəbər yayıb.
Montrö Konvensiyası 1936-cı ildə qəbul edilib. O, ticarət gəmiləri üçün həm sülh dövründə, həm də müharibə dövründə qeyd edilən boğazlardan keçid azadlığını qoruyur, lakin rejimlər hər kəs üçün fərqlidir.
Eyni zamanda, sənəd Qara dənizə aid olmayan dövlətlərin hərbi gəmilərinin Qara dənizdə qalmasını üç həftə müddətinə məhdudlaşdırır. Fövqəladə vəziyyətlərdə Türkiyənin Bosfor və Dardanel boğazlarından hərbi gəmilərin keçməsini qadağan etmək və ya məhdudlaşdırmaq hüququ var.
"... Biz bütün tərəflərə məlumat verdik ki, Montrö hüdudlarında Bosfor boğazından döyüş gəmiləri ilə keçid olmamalıdır. İndiyədək Bosfordan keçid olmayıb. Ona görə də biz açıq və birmənalı şəkildə bütün tərəflərin bölgədə sülh və sabitlik naminə Montröyə riayət etməsini tələb etdik.... Bölgədə sülh, əmin-amanlıq və sabitliyin təmin edilməsi üçün əsaslı şəkildə hərəkət etməyə davam edirik. Biz Qara dənizin strateji rəqabət zonasına çevrilməsini istəmirik", - deyə Akar Habertürk TV-yə müsahibəsində bildirib.
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədinin "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" olduğunu bildirib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi, Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirib və martın 25-ə olan məlumata görə, onlar birinci mərhələnin əsas tapşırıqlarını yerinə yetirərərk Ukraynanın döyüş potensialını xeyli azaldıblar. Rusiya hərbi idarəsində əsas məqsədin Donbasın azad edilməsi olduğu bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.