BAKI, 10 may — Sputnik. Son həftələr regionda sülh və proqnozlaşdırıla bilən mühitin yaradılması istiqamətində səylər intensivləşib. Yayılan məlumatlara əsasən, Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiya çərçivəsində sülh müqaviləsi üzərində işləmək üçün artıq müvafiq qruplar yaradıblar.
Bu müsbət dinamika yaxın gələcəkdə regionda münaqişədən sonrakı reallıqları möhkəmləndirəcək. Nəticə olaraq isə o, Azərbaycanla Ermənistan arasında münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldıracaq konkret nailiyyətlərə gətirib çıxara bilər.
Mayın 12-də saat 14.00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində tanınmış azərbaycanlı politoloq, Milli Diçəliş Hərəkatı Partiyasının sədr müavini Elşən Manafov danışıqlar prosesinin yeni şəraitdə necə getdiyi və bütövlükdə regional dinamikaya necə təsir edəcəyi barədə danışacaq.
Məruzəçiyə suallarınızı əvvəlcədən i.velizade@sputniknews.com elektron poçt ünvanına ünvanlaya bilərsiniz. Tədbir Sputnik Azərbaycan Facebook səhifəsində yayımlanacaq: https://www.facebook.com/SputnikAze/
Əlaqə: Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi bu ünvanda yerləşir: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə.