BAKI, 9 may - Sputnik. Rusiya tarixin yenidən yazılmasına və xalqın Böyük Vətən Müharibəsində göstərdiyi şücaətlərin üstündən xətt çəkməsinə icazə verməyəcək. RİA Novosti xəbər verir ki, bunu RF Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.
“Vətənimizin müdafiəsində canlarından keçənləri həmişə xatırlayacağıq, Qələbənin nəyin bahasına əldə edildiyini unutmayacağıq. Biz tarixin yenidən yazılmasına, xalqın şücaətinin üstündən xətt çəkməsinə imkan verməyəcəyik”, - deyə Volodin Telegram kanalında yazıb.
Parlamentari qeyd edib ki, Böyük Vətən Müharibəsi Rusiyada hər bir ailəyə toxunub:
“Mənim babam Pyotr Tixonoviç Muxin 41-ci ilin payızında Leninqrad vilayətinin Tixvin şəhərini müdafiə edərkən həlak olub. Anamın 5 yaşı olub. Nənəmin qardaşları, üç bacısının ərləri həlak olub. Atamın böyük qardaşının 16 yaşı olub. Stalinqrad yaxınlığında yaralıları daşıyan matros olub. O da həlak olub. Yaxın kişi qohumlardan heç biri müharibədən qayıtmayıb”, - deyə o bildirib.
"Böyük bayramınız mübarək! Qələbə bayramınız mübarək!", - deyə Volodin yazıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.