DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avropada peşəkar yük maşını sürücüləri çatışmazlığı yaranıb

Ukraynadakı hərbi əməliyyatlar nəticəsində Avropa bazarı peşəkar yük maşını sürücüləri çatışmazlığı ilə üzləşib.
Sputnik
BAKI, 8 may - Sputnik. Ukraynadakı hərbi əməliyyatlar Avropa bazarında peşəkar yük maşını sürücüləri çatışmazlığını daha da artırıb.
İspaniya Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (Astick) məlumatına əsasən, 2021-ci ilin sonuna kimi qeydiyyatdan keçmiş 380-425 min vakant iş yeri ilə yanaşı, bu sahə üzrə 166 mindən çox vakant yer də əlavə olunub.
166 min vakansiya Ukrayna, Belarus və Rusiyadan olan, Avropada işləyən və hərbi münaqişə səbəbindən işlərini tərk etmiş yük maşını sürücülərinə aiddir.
Yük maşını sürücülərinə tələbatın artmasının digər səbəbi e-ticarətin pandemiya vaxtı inkişaf etməsi ilə bağlıdır.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Ukraynadakı xüsusi hərbi əməliyyatlar fonunda bir sıra dövlətlər, o cümlədən Avropa ölkələri Rusiyaya qarşı müxtəlif istiqamətdə sanksiyalar tətbiq ediblər. Rusiya da adekvat cavab verib. Odur ki, bu böhran tədricən Avropa iqtisadiyyatına neqativ təsir göstərməyə başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.