AZƏRBAYCAN XƏBƏRLƏRİ

Yeraltı su yataqlarının istismar ehtiyatları yenidən qiymətləndiriləcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2022-2024-cü illərdə Azərbaycan Respublikasının ərazisində mövcud yeraltı su yataqlarının istismar ehtiyatlarının yenidən qiymətləndirilməsini təmin etməlidir.
Sputnik
BAKI, 7 may - Sputnik. Ekoloji təhlükə yaranan ərazilərin bərpası üçün kompleks geoloji, geoekoloji və hidrogeoloji tədqiqatlar aparılacaq.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020 – 2024-cü illər üçün Dövlət Proqramı”na edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2022-2024-cü Ekoloji təhlükə yaranan ərazilərin bərpası üçün kompleks geoloji, geoekoloji və hidrogeoloji tədqiqatların aparılmasını təmin etməlidir.
Sənədə görə, Azərbaycan Respublikasının ərazisində mövcud yeraltı su yataqlarının istismar ehtiyatları yenidən qiymətləndiriləcək.
Beləliklə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2022-2024-cü illərdə Azərbaycan Respublikasının ərazisində mövcud yeraltı su yataqlarının istismar ehtiyatlarının yenidən qiymətləndirilməsini təmin etməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Şərqi Zəngəzur və Qarabağın faydalı qazıntıları ilə bağlı məlumat bazası yaradılacaq