AZƏRBAYCAN XƏBƏRLƏRİ

Umayra Tağıyeva güclü küləyin nə vaxtadək davam edəcəyini açıqladı

Milli Hidrometeorologiya Xidmətinin rəisi Azərbaycanın bəzi bölgələrinə qar yağdığını bildirib.
Sputnik
BAKI, 7 may — Sputnik. Bu saata olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, fasilələrlə yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində intensiv olub.
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
O qeyd edib ki, Gədəbəy rayonunun dağlarına və Qrıza qar yağıb. Qrızda qar örtüyünün hündürlüyü 1 sm olub.
U.Tağıyeva bildirib ki, mayın 7-də saat 01:17-01:19 radələrində Ağdam rayonu Quzanlı qəsəbəsinə diamteri 0.5 sm olan dolu düşüb.
O qeyd edib ki, düşən yağıntının miqdarı Balakəndə 15 mm, Qubada 13 mm, Xınalıq, Şəkidə 12 mm, Qusarda 11 mm, Zaqatalada 10 mm, Şərur, Kürdəmir, Ləzə, Sarıbaşda 9 mm, Bərdə, Kişçay (Şəki), Xaltanda 8 mm, İsmayıllı, Daşkəsəndə 7 mm, Ağdərə (Ordubad), Göygöl, Şamaxı, Mingəçevir, Ağdamda 6 mm, Şahbuz, Gədəbəy, Şəmkir, Altıağac, Oğuz, Sabirabadda 5 mm, Culfa, Sədərək, Ağsuda 4 mm, Qəbələ, Yevlax, Göyçay, Tərtər, Şabranda 3 mm, Naxçıvan, Naftalan, Qobustan, İmişli, Cəfərxan, Qax, Yardımlıda 2 mm, Gəncə, Mingəçevir, Astara, Ordubad, Ağstafada 1 mm olub, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində az yağış yağıb.
Xidmət rəisinin sözlərinə görə, şimal-qərb küləyinin sürəti arabir Naftalanda 21 m/s, Sabirabadda 17 m/s, Biləsuvar, Şabranda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakı, Maştağada 35 m/s, Binə, Pirallahıda 25 m/s, Neft Daşlarında 24 m/s, Çilov adasında 23 m/s, Sumqayıtda 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.2 metrə çatıb.
"Güclü küləkli hava şəraiti mayın 8-i gündüzədək, qeyri-sabit, yağıntılı hava şəraiti isə mayın birinci ongünlüyünün sonunadək davam edəcək", deyə U.Tağıyeva bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.