BAKI, 7 may - Sputnik. Rusiyanın xüsusi hərbi əməliyyatı zamanı indiyədək Ukraynanın 300-ə yaxın zenit-raket kompleksi məhv edilib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 152 təyyarə, 112 helikopter, 762 pilotsuz uçuş aparatı, 295 zenit-raket kompleksi, 2895 tank və digər zirehli döyüş texnikası, 333 reaktiv yaylım atəşi sistemi, 1364 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 2716 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib”, - deyə Rusiya MN sözçüsü qeyd edib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.