AZƏRBAYCAN XƏBƏRLƏRİ

İran parlamentinin rəhbəri Azərbaycana niyə gəlir?

Bakıda “Postpandemiya dövründə əməkdaşlıq əlaqələri: Qarşıda duran çağırışlar və imkanlar” mövzusunda iclas keçiriləcək.
Sputnik
BAKI, 7 may - Sputnik. İran İslam Şurası Məclisinin (parlamentin) sədri Məhəmməd Qalibaf Azərbaycana səfər edəcək.
İran parlamentinin mətbuat xidmətinin yaydığı xəbərə görə, Məhəmməd Qalibaf İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Parlament Assambleyasının mayın 17-18-də Bakıda keçiriləcək 3-cü illik iclasında iştirak edəcək.
“Postpandemiya dövründə əməkdaşlıq əlaqələri: Qarşıda duran çağırışlar və imkanlar” mövzusunda keçiriləcək iclasdan sonra İran parlamentinin sədrinin Azərbaycan rəsmiləri ilə bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.