AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycana qar yağır - VİDEO

Xınalığa yağan qar həftəsonu bura istirahətə gələn turistlərin sevincinə səbəb olub.
Sputnik
BAKI, 7 may — Sputnik. Bu gün axşam saatlarında Qubanın ucqar dağ kəndindən biri olan Xınalığa qar yağıb.
Kənd sakinlərinin verdikləri məlumata görə, səhər saatlarından yağan yağış sulu qara, daha sonra qara çevrilib. Artıq iki saata yaxındır kəndə güclü qar yağır.
Xınalığa yağan qar həm də bura gələn turistləri sevindirib.
Kəndə gəzməyə gələn Sabirabad sakini Samir Zamanov bunu "Allahın möcüzəsi" adlandırıb:
"Ailəmlə həftəsonu istirahət üçün Xınalığa üz tutduq. Bu gün günorta saatlarında öncə sulu qar, daha sonra qar yağmağa başladı. İlk dəfə idi ki, may ayında qar görürdük. Ailəmlə birlikdə bunu "Allahın möcüzəsi" adlandırdıq. Bu ayda belə bir təbiət hadisəsinə rast gəldiyimiz üçün çox sevinirik".