DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Lavrov: heç bir sanksiya Rusiya xalqının və hakimiyyətinin iradəsini qıra bilməz

Rusiya Xarici İşlər Naziri bildirib ki, RF tarixi ədalətin və qanuni maraqların qorunmasının tərəfdarıdır.
Sputnik
BAKI, 6 may — Sputnik. Heç bir sanksiya tarixi həqiqəti müdafiə etməyə çalışan Rusiya xalqının və rəhbərliyinin iradəsini qıra bilməz. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov bildirib.
"Heç sanksiya Rusiya xalqının iradəsini, bu ölkə rəhbərliyinin tarixi həqiqətini və qanuni maraqlarını qorumağa və sərhədlərimizdə təhlükəsizliyimizə birbaşa təhdidlərin yaranmasının qarşısını almağa yönəlmiş iradəsini poza bilməz", - deyə Lavrov Qələbə Günü münasibətilə xatirə lövhələri önünə gül dəstələri qoyulması mərasimində çıxış edərkən qeyd edib.
Xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, hazırda dünyanın gələcəyi və onun necə olacağı təhlükə altındadır: "Birqütblü, Vaşinqtonun tam nəzarəti altında, yaxud ədalətli və demokratik. Biz dünya ölkələrinin böyük əksəriyyəti ilə birlikdə bunun tərəfdarıyıq", - deyə nazir əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Lavrov Qərbin Rusiyaya qarşı planlarını açıqladı