TƏHLİL

Finlandiya energetik intihar edib

Finlandiya həm kömürü, həm də qazı əsasən Rusiyadan alır. Kömürün tədarükünün həcmi ildə təxminən 5 milyon tondur.
Sputnik
Finlandiyanın “Fennovoima” layihə şirkəti “Rosatom” şirkəti ilə “Hanhikivi-1” AES-də ilk və yeganə atom enerji blokunun tikintisinə dair müqaviləyə xitam verib. İdarə Heyətinin sədri Esa Hyarmyal çıxışında bildirib ki, Finlandiya tərəfi Ukraynada keçirilən xüsusi hərbi əməliyyatla bağlı yaranmış müəyyən risklər səbəbindən bu addımı atıb və Rusiya tərəfi bu riskləri aradan qaldıra bilməyib. Görünən odur ki, bütün biznes normalarının pozulması ilə səhmdarlar şurasının ilkin kollegial qərarı olmadan qəbul olunmuş bu addım nəticəsində RAOS Project-in (“Rosatom”un Finlandiyadakı törəmə şirkəti) öhdəsinə qoyulmuş bütün layihə və lisenziya işləri dayandırılır.
Finlərin demarşının atom inhisarçısı qismində Rusiyaya maddi ziyan vuracağı güman edilir, lakin statistika inadla deyir ki, burada hər şey o qədər də aydın deyil və kimin üçün itki ilə nəticələnəcəyi hələ də çox böyük sualdır.
Belə miqyaslı və ölkə əhəmiyyətli hər hansı layihəni yalnız bir parametrə, məsələn, istehlak olunan resursların həcminə və maliyyə xərclərinə istinad etməklə nəzərdən keçirmək mümkün deyil. Yadda saxlamaq lazımdır ki, atom və digər istehsal gücünə görə müqayisə olunan obyektlər gələcəyə baxaraq tikilir və dövlət könülsüz şəkildə öz pul qutularını yalnız ölkənin inkişafı üçün həqiqətən əhəmiyyətli olan layihələr üçün açır.
Finlandiyanın niyə üçüncü atom elektrik stansiyası tikmək qərarına gəldiyini başa düşmək üçün gəlin açıq mənbələrdən atlaslar, xəritələr və statistika ilə özümüzü silahlandıraq.
Ondan başlayaq ki, şimal-qərb qonşumuzun əhalisi çox qeyri-bərabər məskunlaşıb. Onun böyük hissəsi əsasən ölkənin cənubunda Fin körfəsinin sahilində yaşayır. Şimala doğru getdikcə, finlərin sayı və onların hər kvadrat kilometrə düşən sıxlığı bir o qədər çox azalır. Finlandiyanın Oulu şəhərindən şərqdə Rusiyanın Kostomukşasına doğru şərti bir xətt çəksək, bu xəttdən yuxarıdakı torpaqlarda ən böyük yaşayış məntəqəsi Laplandiyanın paytaxtı, əhalisi cəmi 63 min nəfər olan Rovaniemi şəhəri olacaq. Eyni zamanda, Finlandiyanın təbii sərvətlərinin əsas ehtiyatları məhz burada yerləşir - meşələr və buna görə də tarixən ağac emalı və sellüloz-kağız istehsalı üçün sənaye klasterinin burada yaranması təəccüblü deyil.
Helsinkidə onlar xəzinəyə çox böyük gəlir gətirən və minlərlə vətəndaşı işlə təmin edən əsas sahələrin inkişafına diqqəti yönəldiblər. Hanhikivi AES-in yeni mişar və kağız istehsalını elektrik enerjisi ilə təmin edəcəyi nəzərdə tutulurdu və buna görə də onun artıq adı çəkilən Ouludan 100 kilometr cənubda, tam ortada yerləşməsi planlaşdırılırdı. Yer seçimi təsadüfi deyil, faktiki olaraq ölkənin “ekvatorunda” əlavə 1200 meqavat elektrik enerjisi şimaldakı sənaye obyektlərini enerji ilə təmin etməyə və bu halda, əhalinin sıx məskunlaşdığı cənub zolağının təhlükəsizliyini təmin etməyə imkan verəcəkdir.
Demoqrafik xəritəni bir kənara qoyub elektrik xəttinin diaqramına keçək. Sonuncu bizim təxminlərimizi tam təsdiqləyir.
Sovet İttifaqı dövründən bəri Finlandiyaya bir neçə enerji körpüsü atılıb. Hərəsi 400 kilovolt olan üç interkonnektor sərhədi Vıborq rayonunda keçirlər, sonra xəritə üzrə üzüyuxarı tam boşluqdur və yalnız Kirkenes yaxınlığında üç sərhədin kəsişməsində Finlandiyaya hərəsi 400 kilovolt olan daha iki körpü daxil olur.
Burada həmçinin başa düşmək lazımdır ki, ümumi 80 teravatt/saat elektrik enerjisi istehlakında bunun 20-ni finlər alırlar və idxal edirlər, yəni, ölkə 25% xarici tədarükdən asılıdır.
Əsas təchizatçıdan (oxu - Rusiya) artan asılılığın qarşısını almaq üçün Estoniyadan iki əlavə enerji körpüsü nisbətən yaxınlarda çəkilib. Daimi cərəyan magistralları Fin körfəzindən birbaşa Finlandiya paytaxtı ərazisindəki qəbuledici yarımstansiyalara keçir. Finlər estonlardan fəal şəkildə elektrik enerjisi alırdılar, çünki sonuncular neft şistinə əsaslanan layihələrin işlənib hazırlanmasında çox müvəffəq idilər, lakin bir neçə il əvvəl Brüssel əmr şəklində onların sonrakı inkişafını qadağan etdi, Tallin itaət etdi və o vaxtdan bəri Finlandiyaya axın rəqəmləri tapmaq mümkün olmadı.
Finlandiya Avropa ölkəsidir və onu enerji kəsiri olan ölkə statusu və çox yaşıl və ekoloji olmaması faktı çox əzir.
Bizim qonşumuzun enerji balansı çox sadədir.
2020-ci il üçün dərc edilmiş son məlumatlara görə, neft əsas xammaldır və onun bazasında elektrik enerjisinin 21 faizi (təxminən 16 teravatt-saat) istehsal edilir. İkinci yerdə fəaliyyət göstərən iki atom elektrik stansiyası - Olkiluoto və Loviisa var. Onların dörd enerji bloku gənc olmaları ilə öyünə bilməsələr də, ümumilikdə enerji xəzinəsinə daha 19 faiz (təxminən 15,2 teravatt/saat) verirlər. Üçüncü yerdə kömür və təbii qaz gəlirlər (6 faiz və ya 4,8 teravatt/saat). Müasir yaşılların nifrət etdiyi kömür təbii qazı bir az üstələyir. Həm kömürü, həm də qazı Finlandiya əsasən Rusiyadan alır, məsələn, kömürün tədarükünün həcmi ildə təxminən 5 milyon tondur.
Ayrıca əlavə edək ki, hazırda finlərin on üç kömürlə işləyən elektrik stansiyası var və son iki ildə, yəni pandemiyanın başlanmasından sonra onların bağlanması planlarına dair hər hansı qeyd yerli informasiya məkanından tamamilə yoxa çıxıb.
Bu yaxınlarda RF mətbuatında Rusiyadan Finlandiyaya elektrik enerjisi axınının həcminin kəskin şəkildə aşağı düşdüyü barədə məlumatlar yayılıb. Bildirilirdi ki, Şimal-Qərb İEM və Svetoqorsk HES yanvar-martda orta hesabla bir il əvvələ nisbətən 30% az elektrik enerjisi tədarük ediblər. Rusiyanın tədürkçüsü "İnter RAO" şərh verməkdən çəkinir, biz isə təlaşçı əhval-ruhiyyəni bir az azaldacağıq. Alqı dinamikası belədir ki, 2021-ci ildə finlər Rusiyadan bir il əvvələ nisbətən 3,2 dəfə çox elektrik idxal ediblər. Söhbət Leninqrad vilayətindən 8,2 teravatt/saat, Murmansk vilayətindən isə 550 meqavatt/saat alınmasından gedir. Əslində hazırkı azalma yalnız başqa rəqəmləri bilməyənləri qorxudur.
Yuxarıdakı mənzərədən görünür ki, Finlandiya, yumşaq desək, həm əbədi idxalçı kimi təhqiredici statusdan çıxmağa, həm də avropalı ekoloqların bütün hücumlarını dəf etməyə imkan verən yeni nəsil obyektin inşasında mümkün qədər maraqlı olmalıdır.
Lakin rəsmi Helsinki özünü çox qəribə aparırdı və sanki yavaş-yavaş tələsmək lazımdır məsəlinə riayət edirdi.
1,8 giqavat gücündə yeni atom elektrik stansiyasının tikintisi istiqamətində ilk addımlar uzaq indi 2011-ci ildə başlayıb. Eyni zamanda, icraçılar kimi yalnız Fransanın “Areva” və Yaponiyanın “Toshiba” şirkətləri hesab olunurdu. Helsinki tələb edirdi ki, işlər 2015-ci ildən gec olmayaraq başlasın və 2022-ci ilədək yeni enerji bloku işə salınsın. Fransızlar yaponlarla bir neçə il predmetsiz söhbətlər aparırdılar, lakin sonda layihədən çıxdılar və bununla istehsal-texniki impotensiyaslarını imzaladılar. Onların ardınca almanların nəhəng enerji holdinqi E.ON öz payını satdı, nəticədə “Hanhikivi”nin sonuncu iri sərmayəçisi olaraq Finlandiyanın Outokumpu polad nəhəngi qaldı. Onların almanlardan fərqli olaraq geri çəkilməyə yerləri yox idi, çünki ona həm öz məhsulunu satmaq üçün bazar, həm də yeni əlavə güclər lazım idi.
“Westinghouse” və ya Çinin atom şirkətləri ilə razılığa gəlmək cəhdləri də uğursuz oldu. Çin dərhal ağır şərtlər irəli sürdü. Onların arasında güzəştli vergitutma da var idi. Oxşar sxemi ÇXR Britaniyada reallaşdıraraq yeni “Hinkli-Point” AES-ni tikmək üçün böyük vergi güzəştləri alıb.
Nəticədə Finlandiyanın “Fennovoima” şirkəri Rusiyanın “Rosatom Overseas” şirkəti ilə fin tərəfinin qoyduğu bütün şərtlərin yerinə yetirilməsinə zəmanət verən müqavilə imzaladı. İstənilən enerji azadlığının artıq çox yaxın olduğu görünürdü, lakin 2015-ci ildə, ilk praktiki işə başlanmalı olanda, fin yaşıllıqlarının tələblərinə görə layihə dayandı. Onlar parlamenti yüzlərlə tələblə doldurdular, icranı bürokratik bataqlıqda boğdular.
Yeri gəlmişkən, o zaman “Rosatom” bu müqaviləni bağladığına görə çox danlanırdı. Kənardan onun şərtləri son dərəcə qeyri-cəlbedici və riskli görünürdü. Birincisi, Rosatom müstəqil şəkildə investisiyaların əsas hissəsini, yəni 5 milyard dolları cəlb etməli idi, onun bir hissəsinin Milli Rifah Fondundan alınması planlaşdırılırdı. İkincisi, bu cür layihələrdə, ev sahibi tərəf satış bazarını təmin edən və geri ödəmə üfüqünü hesablamağa imkan verən AES məhsullarının alınmasına zəmanət verdikdə sxem standart hesab olunur. Məsələn, Türkiyədə belə oldu, lakin finlər bu şərtdən imtina etdilər.
Biz sadəcə güman edə bilərik, lakin, yəqin ki, Rosatom rəhbərliyi ümid edirdi ki, Helsinkinin sadəcə başqa yolu qalmayacaq və Rusiya AES-in mövcudluğu Finlandiyanı Rusiyanın enerji limanına möhkəm bağlayacaq.
Bu versiyanın xeyrinə olan fakt odur ki, “Fennovoima” müstəqil şəkildə “Hanhikivi”ni istismar edə bilməzdi sadəcə ona görə ki, təhlükəsizlik tələblərinə görə hər stansiyanın altında şüalanmış (işlənmiş) nüvə yanacağı üçün avadanlıqlı sığınacaq olmalıdır. Finlərdə belə bir şey yoxdur, “Rosatom” isə həm öz stansiyaları üçün yanacaq tədarük edir, həm də onu emal və utilizasiya üçün apararaq həyat fəaliyyətinin tam tsiklini təmin edir.
Söhbətin sonunda deyək ki, Olkiluoto AES-in üçüncü enerji blokunda yenə də elektrik enerjisnin sənaye hasilatını təşkil etmək mümkün olmayıb və artıq 13 ildir tikilən və prosesdə üç dəfə bahalaşan stansiya hələlik milli energetika sistemini sığortalaya bilmir.
Onu da əlavə edək ki, son bir ildə Finlandiya Rusiyaya enerji resursları və elektrik enerjisi tədarükü üçün 22 milyard dollardan çox pul ödəyib. Bütün "Hanhikivi" 6,5 milyard qiymətləndirilirdi, lakin tikilməyəcək, yəni Helsinki daha çox pul ödəməyə davam edəcək.
Burada uduzan kimdir, özünüz qərar verin.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.