HADİSƏ

AZAL-ın təyyarəsi geri qayıtmalı oldu

Qeyri-sabit hava şəraiti təyyarənin Bakıdan Naxçıvana uçmasına imkan verməyib.
Sputnik
BAKI, 6 may - Sputnik. “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 255 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin məlumat verib.
Təyyarə saat 18:42-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
AZAL Naxçıvandan Gəncəyə uçuşlara başlayır